Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib
  • HADİSƏ

  • 17:20 21 Oktyabr 2020

Daxili İşlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara xəbərdarlıq edib.

ONA xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin açıqladığı xəbərdarlıqda deyilir:

"Vətəndaşlar tərəfindən daxili işlər orqanlarına edilən bütün müraciətlər operativ şəkildə araşdırılır və nəticəsindən asılı olaraq müvafiq tədbirlər görülür.

Əhalinin nəzərinə bir daha çatdırırıq ki, qanunvericiliyə uyğun olaraq təhlükəsizlik tələblərinin pozulması, insanların həyatına və sağlamlığına, ictimai asayişə təhlükə yarada biləcək və ya terror şübhəsi halları ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng mərkəzinə məlumat verilməlidir.

Bununla yanaşı, xatırladırıq ki, bilərəkdən yalan məlumatlar verməklə insanlar arasında təşvişə və süni ajiotaja səbəb olacaq hərəkətlərə yol verən şəxslər barəsində ən ciddi məsuliyyət tədbirləri görüləcəkdir".

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR