ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları etiraz tədbiri keçirib
  • DAĞLIQ QARABAĞ

  • 08:20 15 Oktyabr 2020

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları etiraz tədbiri keçirib

Vaşinqton şəhərində - Ağ evin qarşısında keçirilən etiraz tədbirində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini - Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, Gəncə və Mingəçevir şəhərlərini, digər əraziləri artilleriya və raket atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması sərt şəkildə pislənib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, soydaşlarımız hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrinin atəşə tutan Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəldiblər. 

Etiraz tədbirində Azərbaycan Nyu-York Assosiasiyası, Amerika Azərbaycan Qadınlar Assosiasiyası və digər diaspor təşkilatlarını təmsil edən yüzlərlə soydaşımız iştirak edib. Etiraz tədbirinə ABŞ-dakı türk icmasından da dəstək gəlib. 

Etiraz tədbirində Azərbaycanın Dövlət Himni və vətənpərvərlik mahnıları səsləndirilib.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR