ABŞ-da yeni nikaha daxil olan cütlük bir neçə dəqiqədən sonra vəfat edib
  • DAĞLIQ QARABAĞ

  • 07:38 28 Avqust 2019

ABŞ-da yeni nikaha daxil olan cütlük bir neçə dəqiqədən sonra vəfat edib

 

ABŞ-ın Texas ştatının Vaidor şəhərindən toy mərasimi günü bədbəxt hadisə baş verib.

 

APA Rusiya KİV-ə istinadla xəbər verir ki, litsey illərindən biri-birini sevən cütlük - 19 yaşlı Harley Joe Morgan və 20 yaşlı Rhiannon Boudreau Morgan toyları günü nikah masasından durduqdan bir neçə dəqiqə sonra həyatla vidalaşmalı olublar. 

Gəldikləri avtomobillə geri qayıdan cütlük qəzaya düşüblər. İdarəetmədən çıxan avtomobil bir neçə dəfə aşıb, bəylə gəlin ölsə də, sürücü sağ qalıb. 

Yerli polis tərəfindən qəzanın səbəbi araşdırılır. 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR