Aİ-nin Ali nümayəndəsi ilə Rusiya XİN başçısı Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 06:12 01 Oktyabr 2020

Aİ-nin Ali nümayəndəsi ilə Rusiya XİN başçısı Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib

Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozef Borrellə Rusiya Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. 

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin (XİN) saytına istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağdakı son vəziyyət müzakirə olunub. 

Atəşin dərhal və tamamilə dayandırılmasının, münaqişə tərəflərinin və digər ölkələrin maksimal dərəcədə təmkinlik göstərməsinin vacibliyi vurğulanıb.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişə tərəflərini eskalasiyanın dayandırılmasına çağırışla bağlı 27 sentyabr tarixli xüsusi bəyanatına dəstək ifadə olunub.

Sentyabrın 29-da BMT Təhlükəsizlik Şurası və ATƏT Daimi Şurasının xüsusi iclaslarında aparılan müzakirələrə uyğun olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindəki mərkəzi rolu vurğulanıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR