Ali Baş Komandan: “Ağdam əməliyyatı planlaşdırılırdı, biz Ağdamı onsuz da alacaqdıq”
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 10:30 24 Noyabr 2020

Ali Baş Komandan: “Ağdam əməliyyatı planlaşdırılırdı, biz Ağdamı onsuz da alacaqdıq”

“Müharibənin bütün sirlərini açmaq hələ ki, tezdir. Vaxt gələcək çox maraqlı məsələlər üzə çıxacaq. Ancaq bu gün tam rahat deyə bilərəm ki, Ağdam əməliyyatı planlaşdırılırdı”.

ONA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ağdam məscidinin qarşısında çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, biz Ağdamı onsuz da alacaqdıq: “Amma itkilər olacaqdı, özü də böyük sayda. Ona görə Şuşanı və noyabrın 9-da 70-dən çox kəndimizi azad edəndən sonra düşmənin beli qırıldı, təslim oldu, ağ bayraq qaldırdı, mənim şərtlərimə əməl etdi və öz məğlubiyyətini etiraf etdi”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR