ANAMA çoxsaylı çağırışlar əsasında onlarla mərmini zərərsizləşdirib - [color=red]FOTO[/color]
  • DAĞLIQ QARABAĞ

  • 03:15 12 Oktyabr 2020

ANAMA çoxsaylı çağırışlar əsasında onlarla mərmini zərərsizləşdirib - FOTO

Oktyabrın 11-də Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları, Gəncə, Mingəçevir və Naftalan şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 31 (otuz bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.

ANAMA-dan APA-ya bildirilib ki, daxil olmuş 33 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Zəngişalı, 1-ci Alıbəyli kəndləri, Ağcabədi rayonunun Hacıbədəli, Tanyaq, Ağgöl, Yuxarı Qiyaməddinli, Hacılar, Şotanlı kəndləri və Hindarx qəsəbəsi, Füzuli rayonunun Şükürbəyli və Arayatlı kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Gəncə, Mingəçevir və Naftalan şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 300 mm-lik 9M528 raketinin döyüş başlığı, 2 ədəd partlamış “Toçka-U” taktiki raketinin (9M79M) və 31 ədəd müxtəlif çaplı partlamış top mərmisinin qalıqları aşkar olunub.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR