ANAMA raket atəşinə tutulmuş Bərdənin kəndlərində kasetli bombanın qalıqlarını aşkarlayıb - [color=red]FOTO[/color]
  • DAĞLIQ QARABAĞ

  • 22:03 27 Oktyabr 2020

ANAMA raket atəşinə tutulmuş Bərdənin kəndlərində kasetli bombanın qalıqlarını aşkarlayıb - FOTO

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mülki əhalinin sıx yaşadığı Bərdə rayonunun Alpout, Qarayusifli və Göyüşlü kəndlərinin erməni hərbi qüvvələri tərəfindən hədəfə alınması barədə məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən əraziyə baxış zamanı 1 ədəd 300 mm 9M525 tipli raketin və tərkibindəki 72 ədəd 9N235 bombacığının qalıqları aşkar edilib.

Qeyd edilən bombacıqların partlaması nəticəsində biri azyaşlı olmaqla ümumilikdə 4 nəfər həlak olub, 13 nəfər yaralanıb, 4 ev yararsız vəziyyətə düşüb.

Bu fakt bir daha sübut edir ki, erməni hərbi qrupları davamlı olaraq mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlarından istifadə edirlər.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR