• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:36 24 aprel 2019

ATƏT baş katibi: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda aparıcı tərəfdaşdır"

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin, həmçinin Ukrayna və Dnestryanı kimi münaqişələrin həllini tapılması istiqamətində aparılan danışıqlarda aparıcı tərəfdaşdır".

ONA-nın məlumatına görə, bu sözləri ATƏT-in baş katibi Tomas Qreminger Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

"ATƏT ümid edir ki, Rusiya öz təsir imkanlarından istifadə edərək bu münaqişələrlə bağlı sülhün bərqərar olmasına yardım edəcək", - deyə o vurğulayıb.

Qeyd edək ki, Tomas Qreminger Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Rusiyada səfərdədir.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR