ATƏT-in Minsk qrupu Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşü barədə bəyanat yayıb
  • DAĞLIQ QARABAĞ

  • 21:59 29 Mart 2019

ATƏT-in Minsk qrupu Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin görüşü barədə bəyanat yayıb

Azərbaycan prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyanla Vyanada keçirilən görüşü pozitiv və konstruktiv atmosferdə keçib və hər iki liderə öz mövqelərini dəqiqləşdirmək imkanı yaradılıb.

ONA-nın xəbərinə görə, bu barədə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin və ATƏT-in Minsk qrupunun birgə bəyanatında deyilir.

Bildirilir ki, liderlər münaqişənin həlli ilə bağlı bir sıra vacib məsələlərə dair fikir mübadiləsi aparıblar.

Sərxan Kamallı

Teqlər: ATƏT Azərbaycan Dağlıq Qarabağ

OXŞAR XƏBƏRLƏR