• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    01:49 15 dekabr 2020

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar

ATƏT-in Minsk Qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) bu gün birgə bəyanat yayıblar.

APA xəbər verir ki, bəyanat ATƏT-in rəsmi saytına yer alıb. Bəyanatda deyilir:

"Fransalı həmsədr Stefan Viskonti və amerikalı həmsədr Endryu Şofer 12 və 13 dekabrda Bakıya, 13 və 14 dekabrda İrəvana səfər ediblər. Bakıda onları Prezident İlham Əliyev qəbul edib və xarici işlər naziri Ceyhun Bayramovla görüşüblər. İrəvanda onlar Baş nazir Nikol Paşinyan tərəfindən qəbul ediliblər və xarici işlər naziri Ara Ayvazyanla görüşüblər. Rusiyalı həmsədr İqor Popovun səfərdə iştirakının mümkünsüzlüyünə görə Rusiya Federasiyasını Bakıdakı Rusiya səfiri Mixail Boçarnikov, İrəvanda isə Rusiyanın müvəqqəti işlər vəkili Aleksey Sinequbov təmsil edib. Həmsədrlər, həmçinin BQXK və BMT-nin bölgədə fəaliyyət göstərən agentliklərinin nümayəndələri ilə görüşüblər. Fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi Andjey Kaspşik də bütün görüşlərə qatılıb.

Hər iki paytaxtda tərəflər yerində vəziyyəti dəyərləndiriblər və gələn il üçün həmsədrlərlə qarşılıqlı işlə bağlı öz gözləntilərini ifadə ediblər. Yeni reallıqları nəzərə alaraq həmsədrlər bölgədə sülh, sabitlik və firavanlığı təşviq etmək və həll olunmamış məsələləri həll etmək üçün tərəflərlə konstruktiv qarşılıqlı əməkdaşlığa dair dəyişməz öhdəliklərini bir daha təsdiqləyiblər. Həmsədrlər keçirilmiş görüşlər zamanı tərəflər arasındakı gələcək müzakirələr üçün qaldırılan məsələlərə dair konkret təkliflər təqdim etməyə də vəd veriblər.

Həmsədrlər son vaxtlar itki ilə nəticələnən hadisələr barədə məlumatları qeyd edərək, tərəfləri vəziyyəti öz öhdəliklərinə uyğun olaraq sabitləşdirmək üçün əlavə tədbirlər görməyə çağırıblar. Həmsədrlər Ermənistanı və Azərbaycanı bütün əsirlərin mübadiləsini ən qısa müddətdə başa çatdırmağa və BQXK ilə koordinasiya halında qalanların müəyyənləşdirilməsini və geri qaytarılmasını sürətləndirməyə çağırış ediblər.

ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin nümayəndə heyəti rəhbərlərinin 3 dekabr tarixli Tiranadakı bəyanatını xatırladan həmsədrlər, qalan bütün əsas maddi məsələlərin hərtərəfli və davamlı həllinə tərəfdar olduqları barədə vahid mövqelərini təkrarlayıblar. Həmsədrlər və tərəflər daha müsbət bir mühit yaratmaq üçün iltihab ritorikasının azaldılmasının vacibliyini vurğulayıblar. Həmsədrlər və tərəflər münaqişədən təsirlənən əhaliyə humanitar yardımın təşviqi, habelə mədəni və dini irsin qorunması üçün beynəlxalq təşkilatların cəlb edilməsinin vacibliyini vurğulayıblar".

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR