ATƏT-in təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb
  • DAĞLIQ QARABAĞ

  • 13:01 13 Noyabr 2019

ATƏT-in təmas xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb

Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirilib.

ONA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirublər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç və Gennadi Petrika keçiriblər.

ONA

Teqlər: ATƏT monitorinq

OXŞAR XƏBƏRLƏR