ATƏT sədri 15 erməninin qaytarılmasını və mina xəritələrinin Azərbaycana verilməsini alqışlayıb
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 15:01 13 İyun 2021

ATƏT sədri 15 erməninin qaytarılmasını və mina xəritələrinin Azərbaycana verilməsini alqışlayıb

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycanda saxlanılan 15 erməninin Ermənistana qaytarılmasının və minalardan təmizləməni əhəmiyyətli dərəcədə asanlaşdıracaq informasiyanın Ermənistan tərəfindən Azərbaycana verilməsinin etimadın artırılması istiqamətində alqışlanan tədbirlər olduğunu bildirib.

ONA-nın məlumatına görə, ATƏT sədri qeyd edib ki, bu vacib addımlar tərəfləri dialoqa, sabitliyə və hərtərəfli həll yoluna daha da yaxınlaşdırır.

"Gürcüstan və ABŞ hökumətlərinin oynadığı önəmli rolu, eyni zamanda Avropa İttifaqı Şurası Prezidenti ilə İsveçin ATƏT-ə sədrliyi arasında razılaşma ərəfəsində əla əməkdaşlığı yüksək qiymətləndirirəm. Baş verənlər Cənubi Qafqazda regional əməkdaşlıq üçün də həyati bir addımdır", - deyə o vurğulayıb.

Vacib məsələlərin hələ də qaldığını qeyd edən Ann Linde həll olunmamış bütün məsələlərə hərtərəfli siyasi həll yolu tapmaq üçün Ermənistanı və Azərbaycanı qalan bütün saxlanılanları sərbəst buraxaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin köməyi ilə yüksək səviyyəli danışıqları bərpa edərək bu müsbət addımları möhkəmləndirməyə çağırıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR