ATƏT sədri: "Münaqişənin həllinə davamlı dəstəyimizin olduğunu bəyan etmək istəyirəm"
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 14:52 05 Mart 2019

ATƏT sədri: "Münaqişənin həllinə davamlı dəstəyimizin olduğunu bəyan etmək istəyirəm"

"ATƏT-dən məhsuldar, faydalı təşkilat kimi istifadə etməliyik".

ONA-nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Azərbaycana səfər sədrliyimin ilk rübünə təsadüf edir. Bununla, münaqişənin həllinə davamlı dəstəyimizin olduğunu bəyan etmək istəyirəm. Həmsədrlər və Kaspşikin səylərini də qeyd etməliyəm. Burada sədrliyim çərçivəsində görəcəyimiz işlər barədə müzakirələr apardım. Bakıya səfərim məzmunlu nəticələrlə yekunlaşır. ATƏT-in gündəliyində olan bir sıra məsələri müzakirə etdik. Azərbaycan qurumun vacib üzvüdür. Əməkdaşlığın gücləndirilmısi üçün müxtəlif məsələləri müzakirə etdik", - deyə o bildirib.

Məlahət Nəcəfova

Teqlər: ATƏT Dağlıq Qarabağ Məmmədyarov

OXŞAR XƏBƏRLƏR