• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:51 1 aprel 2019

ATƏT sədri və həmsədrlər Vyana görüşünü müzakirə ediblər

Ötən gün ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak Bratislavada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

ONA-nın ATƏT-ə istinadən verdiyi məlumata görə, ATƏT sədrinə martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri arasında Vyanada keçirilən görüş barədə məlumat verilib.

Xatırladaq ki, martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və Azərbaycan və Ermənistan xarici işlər nazirləri də iştirak ediblər.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR