• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    15:00 1 aprel 2019

ATƏT sədri Vyana görüşünün nəticələrini alqışlayıb

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak danışıqlarla bağlı konstruktiv atmosferi və hər iki liderin münaqişənin sülh yolu ilə həlli istiqamətinə gələcək addımlara sadiqliklərini alqışlayıb. ONA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bu barədə ötən gün Bratislavada ATƏT sədri ilə Minsk qrupu həmsədrləri arasında keçirilən görüşdə vurğulanıb.

“Biz liderlərin atəşkəsi möhkəmləndirmək və humanitar sahədə addımlar atmağa dair liderlərin sadiq olmalarına dair açıqlamaları və prosesi pozitiv hesab edir və tam olaraq dəstəkləyirik”,- deyə M. Layçak bildirib.

Xatırladaq ki, martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və Azərbaycan və Ermənistan xarici işlər nazirləri də iştirak ediblər.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR