Avropa Şurasının İnsan Haqları üzrə komissarı Bakıda məcburi köçkünlərlə görüşüb
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 17:27 09 İyul 2019

Avropa Şurasının İnsan Haqları üzrə komissarı Bakıda məcburi köçkünlərlə görüşüb

Avropa Şurasının İnsan Haqları üzrə komissarı Dunya Miyatoviç Bakının Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

ONA-nın xəbərinə görə, D. Miyatoviç məcburi köçkünlərin yaşayış yerlərinə baxış keçirib, yataqxanadakı vəziyyətlə tanış olub.

Qeyd edək ki, iyulun 8-də Azərbaycana gələn D. Miyatoviçin səfəri ayın 12-dək davam edəcək. Səfər zamanı komissarın müxtəlif görüşləri nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR