• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:15 13 iyun 2019

Azərbaycan MN: Ermənistan silahlı qüvvələri mövqelərimizi minaatanlardan atəşə tutub

“İyunun 12-də düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm-lik minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verili”.

Bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib.

Müdafiə Nazirliyi düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları təqdim edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR