• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    01:12 25 noyabr 2020

Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

ONA Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR