Azərbaycan Prezidenti: “Biz heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq"
  • DAĞLIQ QARABAĞ

  • 11:25 17 Oktyabr 2020

Azərbaycan Prezidenti: “Biz heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq"

“Biz onların cavabını döyüş meydanında veririk. Şəhidlərimizin, günahsız insanlarımızın qisasını döyüş meydanında alırıq, və alacağıq”.

APA-nın məlumatına görə, bunu Prezident İlham Əliyev bu gün xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib ki, biz heç vaxt mülki əhaliyə qarşı müharibə, mübarizə aparmamışıq, bundan sonra da aparmayacağıq: “Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bu amal ətrafında bütün Azərbaycan xalqı birləşib və bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir. Gedən döyüşlərdə müzəffər Azərbaycan Ordusu düşmənləri bizim torpağımızdan qovur və qovacaq. Mən demişəm ki, öz xoşu ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq. Və qovuruq və hər gün müzəffər Azərbaycan Ordusu yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR