Azərbaycan Prezidenti: “İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir” - [color=red]YENİLƏNİB - 5[/color]
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 22:33 15 Fevral 2020

Azərbaycan Prezidenti: “İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir” - YENİLƏNİB - 5

Ermənistan Baş nazirinin tarixi faktları təhrif edərək, söyləməsindən sonra Azərbaycan Prezidenti debatı belə yekunlaşdırıb: "Mən 19-cu əsrin əvvəllərdində İrəvan əhalisinin 70 faizinin azərbaycanlılardan ibarət olması barədə danışmayacağam. Amma onların hər zaman danışdıqları öz müqəddəratını təyinetmə barədə. Erməni xalqı öz müqəddəratını təyin etdi. Onların bir erməni dövləti var. Məsləhətim budur ki, ikinci dəfə öz müqəddəratını təyin etmək üçün dünyada başqa yer tapsınlar, Azərbaycanda yox".

***

21:55

“Bütün erməni rəhbərləri fərqli yolla status-kvonun saxlanmasına çalışdılar. Azərbaycanlı məcburi köçkünlər öz ərazilərinə qayıtmalıdırlar. İşğal olunmuş ərazilərdəki silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar bu əraziləri əbədi saxlaya biləcəklərini düşünürlər. Heç vaxt”.

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada çıxışı zamanı bildirib.

“Biz bu münaqişəni mərhələli şəkildə həll etməliyik. Ərazilərin bir hissəsi azad edilməli və məcburi köçkünlər geri qaytarılmalıdır. Dağlıq Qarabağın statusu daha sonra müəyyən edilə bilər. Status Azərbaycanın ərazi bütövlüyünə zidd olmamalıdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

***

21:14

"Ermənistanın Baş naziri BMT Təhlükəsizlik Şurasının  qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. BMT TŞ qətnamələrinin erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur".

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” səhifəsində bildirib.

Münhenə həqiqəti söyləmək üçün gəldiyini deyən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Dağlıq Qarabağda Ermənistanın tarixi irsi yoxdur.

***

21:06

"Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi və işğal olunmuş torpaqlarda azərbaycanlı mülki şəxslərə qarşı etnik təmizləmə həyata keçirdi, o cümlədən Xocalı soyqırımını".

APA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada çıxışı zamanı bildirib.

****

21:00

Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada Prezident İlham Əliyev bildirib ki, ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər. Azərbaycan Prezidenti qeyd edib ki, heç bir ölkə Dağlıq Qarabağı tanımır.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” səhifəsində bildirib.

****

20:40

Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiya başlayıb.

Panel-diskusiyada Prezident İlham Əliyev giriş nitqi söyləyib.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” səhifəsində bildirib.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR