Azərbaycan Prezidenti Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 10:22 24 Noyabr 2020

Azərbaycan Prezidenti Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlayıb.

ONA xəbər verir ki, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olublar.

Dövlət başçısı və birinci xanım səfər zamanı Ağdam məscidini ziyarət ediblər. Xocalı soyqırımında sağ qalan xocalıların ümid, pənah yerinə çevrilən qoşa minarəli məscid də yırtıcı düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR