Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Vyanada görüşəcək
  • DAĞLIQ QARABAĞ

  • 10:47 27 Mart 2019

Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Vyanada görüşəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Vyanada görüşəcəklər. 

Bu barədə ONA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

 

Gülşən Hacıyeva

Teqlər: İlham Əliyev Paşinyan görüş

OXŞAR XƏBƏRLƏR