Azərbaycan Prezidentinin köməkçisi:"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmə mexanizminə yenidən baxılmalıdır"
  • DAĞLIQ QARABAĞ

  • 12:34 21 İyul 2020

Azərbaycan Prezidentinin köməkçisi:"BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilmə mexanizminə yenidən baxılmalıdır"

“Hadisələrin gedişi göstərir ki, yalnız atəşkəs kifayət deyil”.

 APA-nın məlumatına görə, bunu bu gün mətbuat konfransında  Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ermənistan atəşkəsin arxasında gizlənərək təcavüz siyasətini davam etdirir: “Bu xüsusda BMT Baş Katibinin müraciətinə cavab olaraq deyirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməli, bu qətnamələrin yerinə yetirilməsi mexanizminə yenidən baxılmalıdır”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR