• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    14:43 28 mart 2019

Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün həmsədrlərlə görüşəcəklər

Bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanla görüşəcəklər.

ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın sabah Vyanada keçiriləcək görüşündə müzakirə olunacaq məsələlərə baxılacaq.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR