• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    11:33 20 sentyabr 2019

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum olub

Sentyabrın 22-də Nyu-Yorkda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

ONA xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatına görə, bir gün sonra-sentyabrın 23-də Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR