• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    07:48 9 oktyabr 2020

Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvaya dəvət edilib

Azərbaycan və Ermənistan XİN rəhbərləri məsləhətləşmələrin aparılması üçün bu gün Moskvaya dəvət ediliblər.

APA-nın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Putin Bakı və Yerevana həlak olanların cəsədlərinin və əsirlərin dəyişdirilməsi məqsədilə humanitar zəmində atəşkəsə çağırış edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR