Azərbaycan və Rusiya pirotexnikləri indiyədək 5 hektardan artıq ərazini minalardan təmizləyib - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • DAĞLIQ QARABAĞ

  • 21:35 19 Yanvar 2021

Azərbaycan və Rusiya pirotexnikləri indiyədək 5 hektardan artıq ərazini minalardan təmizləyib - FOTO - VİDEO

Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyinin pirotexniklərdən ibarət qrupu Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi əməliyyatını davam etdirir.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, birgə fəaliyyət nəticəsində yanvar ayının 19-dək ümumilikdə 5 hektardan artıq sahədə axtarış işləri aparılıb.

Bu müddət ərzində 210 ədəd mina və 2 ədəd partlamamış sursat aşkar olunaraq müvafiq qaydada zərərsizləşdirilib. Minalardan 174 ədədi piyada əleyhinə, 36 ədədi isə tank əleyhinə olan minalardır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR