Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 15:22 01 Aprel 2021

Azərbaycan və Rusiya prezidentləri Dağlıq Qarabağ ətrafında vəziyyəti müzakirə ediblər

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan və Rusiya liderləri Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

Vəziyyətin ümumiyyətlə sabit olduğu və atəşkəsə ciddi şəkildə əməl edildiyi məmnuniyyətlə qeyd edilib.

 

“Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçukun Bakıdakı danışıqları nəzərə alınaraq, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının yaradılması üzrə işlərin gedişatı nəzərdən keçirilib.

Rusiya, Azərbaycan və Ermənistan Baş nazir müavinlərindən ibarət işçi qrupun fəaliyyətinə müsbət qiymət verilib.

İkitərəfli gündəlikdə duran bir sıra aktual məsələlərə, o cümlədən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizədə əməkdaşlığa toxunulub.

Dövlət başçıları Rusiya-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsini və qarşılıqlı faydalı layihələrin inkişafını davam etdirmək üçün niyyətlərini təsdiq ediblər, - deyə Kremlin məlumatında vurğulanıb. 

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR