Azərbaycanda bu il doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb
  • DAĞLIQ QARABAĞ

  • 18:33 19 Noyabr 2019

Azərbaycanda bu il doğulan əkiz, üçəm və dördəmlərin sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 104702 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,1) qalıbr. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi  isə qız  uşaqlarıdır. Körpələrdən 2454-ü əkiz, 72-si üçəm, 4-ü isə dördəm doğulanlardır. 

Məhbubə

Teqlər: əkiz üçəm dördəm doğuş

OXŞAR XƏBƏRLƏR