Azərbaycanda yaşı 65 və yuxarı olan əhalinin sayı açıqlanıb
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 11:48 09 Aprel 2020

Azərbaycanda yaşı 65 və yuxarı olan əhalinin sayı açıqlanıb

2020-ci il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanda 65 və yuxarı yaşda əhalinin sayı 719,9 min nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Məlumata əsasən, onlardan  306,8 mini kişi, 413,1 min nəfəri qadındır.

Bildirilib ki, sözügedən  yaş qrupunda olan əhalinin sayı, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şəki şəhərlərində və Abşeron, Şəmkir, Tərtər, Masallı, Tovuz, Cəlilabad, Xaçmaz, Quba, Bərdə rayonlarında üstünlük təşkil edib.

Həmin yaş qrupunda olanların əhalinin ümumi sayında  xüsusi çəkisi isə Bakı, Naftalan, Gəncə, Naxçıvan və Sumqayıt şəhərlərində və Tərtər, Gədəbəy, Qazax, Qax, Neftçala, Şahbuz, İsmayıllı, Ağstafa, Göygöl, Ordubad, Tovuz, Qusar, Zaqatala rayonlarında ölkənin digər şəhər və rayonlarına nisbətən daha çox olub. 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR