• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    16:22 4 oktyabr 2020

Azərbaycanın Hərbi Komandanlığı işğal altındakı ərazilərədə olan mülki əhaliyə müraciət edib

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan ölkəmizin erməni vətəndaşlarına müraciət edərək bildirir ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır.

Müdafiə Nazirliyindən ONA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun hədəfi işğal olunmuş ərazilərimizdəki atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastrukturdur.

Müdafiə Nazirliyi bununla əlaqədar bu ərazilərdə məskunlaşan mülki əhalini döyüşlər gedən bölgələrdən uzaq durmağa çağırır: "Bildiririk ki, onların ağır döyüşlərdən ziyan çəkməməsi və ərazidən maneəsiz təxliyəsi üçün tərəfimizdən müvafiq şərait yaradılacaq. Mülki əhali ilə Cenevrə Konvensiyasının tələblərinə uyğun rəftar olunacaq və onların insan hüquqları qorunacaq".

ONA

Teqlər:

SON XƏBƏRLƏR