Baş nazir: “Türkiyə şirkətləri azad olunmuş ərazilərdə infrastruktur layihələrini icra etməyə başlayıb”
  • SİYASƏT

  • 18:24 18 Fevral 2021

Baş nazir: “Türkiyə şirkətləri azad olunmuş ərazilərdə infrastruktur layihələrini icra etməyə başlayıb”

“Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra yeni dövr başlayır. İşğaldan azad edilmiş torpaqların bərpası üçün strategiya hazırlanıb”.

APA-nın məlumatına görə, bunu Baş nazir Əli Əsədov Ankarada Türkiyə-Azərbaycan biznes forumunda deyib.

Baş nazir bildirib ki, artıq işlərə başlanılıb: “Türkiyə şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıb. Füzulidə tikiləcək hava limanının layihəsində də Türkiyə şirkətlərinin iştirakı nəzərdə tutulub. Ümumiyyətlə, bərpa işlərində nəzərdə tutulmuş bütün layihələrdə türk qardaşlarımızı görməkdən məmnun olacağıq”. 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR