BQXK Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı danışıqlar aparır
  • DAĞLIQ QARABAĞ

  • 14:27 23 Sentyabr 2019

BQXK Azərbaycan əsgərinin meyitinin qaytarılması ilə bağlı danışıqlar aparır

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin qaytarılması ilə bağlı danışıqlar aparır.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, təmsil etdiyi qurum məsələdən xəbərdardır və əlaqədar qurumlarla iki tərəfli konfidensial dialoq aparır.  

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Hafiz Heydərov

Teqlər: BQXK

OXŞAR XƏBƏRLƏR