• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    17:15 26 avqust 2020

Ceyhun Bayramov: “İşğal altında olan Azərbaycan ərazilərində xaricdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır”

“Təəssüflə qeyd etməliyəm ki, münaqişənin nizamlanmasında irəliləyiş nəzərə çarpmır. Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal altında saxlamağa davam edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirilən görüşün yekunlarına dair mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, yerli azərbaycanlılar o ərazilərdən didərgin salınıb, onların evlərində isə xaricdən, o cümlədən Yaxın Şərqdən gətirilmiş etnik ermənilər məskunlaşdırılır: “Bu isə öz növbəsində beynəlxalq humanitar hüququn, ilk növbədə isə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”.

Nazir deyib ki, Ermənistan ATƏT-in himayəsi altında aparılan sülh prosesini sarsıtmağa davam edir.

C. Bayramov bildirib ki, Ermənistanın destruktiv mövqeyi bu il iyulun 12-16-da vəziyyətin eskalasiyasına gətirib çıxarıb: “Ermənistan Silahlı Qüvvələri Tovuz istiqamətində həm Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə, həm də mülki evləri zərbələr endirib. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin ələ keçirilməsi cəhdi olub. Bu aqressiyanın qurbanları arasında evinin həyətində həlak olmuş 76 yaşlı mülki şəxs də var”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR

SON XƏBƏRLƏR