Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri gəncləri sosial şəbəkələrdə aktiv olmağa çağırıb
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 15:57 24 Aprel 2019

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri gəncləri sosial şəbəkələrdə aktiv olmağa çağırıb

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”nın sədri Tural Gəncəliyev Dağlıq Qarabağdan olan gənclərə müraciət edib.

ONA-nın xəbərinə görə, "Qondarma "erməni soyqırımı": Əsassız iddialar və tarixi faktlar" mövzusunda keçirilən tədbirdə çıxış edən T. Gəncəliyev gəncləri sosial şəbəkələrdə erməni təbliğat maşınına qarşı aktiv olmağa çağırıb.

"Gənclə sosial şəbəkələrdə aktiv olmaqla, erməni təbliğat maşınına qarşı mübarizəyə öz töhfələrini verə bilər. İndi dünyada insanın özü tərəfindən çəkilən video-çarx, audio-yazılar daha effektiv olur. Gəncləri öz ideyalarını bizimlə bölüşməyə çağırıram. Bunu da qeyd edim ki, 10 milyon azərbaycanlı bizim icmanın üzvüdür", - T. Gəncəliyev qeyd edib

OXŞAR XƏBƏRLƏR