Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Böyük Britaniyanın Azərbaycan üzrə hərbi attaşesi ilə görüşüblər
  • DAĞLIQ QARABAĞ

  • 11:38 11 Aprel 2019

Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri Böyük Britaniyanın Azərbaycan üzrə hərbi attaşesi ilə görüşüblər

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri bu gün Böyük Britaniyanın Azərbaycan, Gürcüstan və Ermənistan üzrə hərbi attaşesi Timoti Uayt Boykot ilə görüşüb.

ONA-nın icmaya istinadən verdiyi məlumata görə, görüşdə icmanın fəaliyyəti barədə qonağa məlumat verilib. Görüş zamanı icmanın idarə heyətinin üzvləri bir daha öz torpaqlarına qayıtmaq istədiklərini ifadə edib və münaqişənin həlli ilə bağlı fikirlərini bölüşüblər.

Məlahət Nəcəfova

Teqlər: Qarabağ icma hərbi attaşe bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR