• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    10:41 8 may 2019

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri Şəhidlər Xiyabanını ziyarət edib

Bu gün Şuşanın işğalının 27-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanı ziyarət olunub.

ONA-nın məlumatına görə, ziyarət Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyi tərəfindən təşkil edilib.

Ziyarətdə Birliyin sədri Tural Gəncəliyev, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, millət vəkili Qənirə Paşayeva, İcmanın üzvləri, ictimaiyyət nümayəndələri, tələbə və məktəblilər iştirak ediblər.

Tural Gəncəliyev bildirib ki, bu gün Şuşanın işğalından 27 il ötür: "Bura toplaşmaqda məqsədimiz bu kədərli günü bölüşmək, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri ilə birlikdə bu ağır günü qeyd etməkdir. Bu gün Şəhidlər Xiyabanına yığılanların əksəriyyəti gənclərdir. Bu da bizim gənc icma üzvləri olaraq öz torpaqlarımıza qayıtmaq əzmimizi göstərir. Biz münaqişənin Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində sülh yolu ilə həllinə inanırıq və erməni icması ilə birlikdə, Azərbaycanın suverenliyi çərçivəsində yaşamağa hazır olduğumuzu burada nümayiş etdiririk".

Məktəblilər Şuşa haqqında şeirlər səsləndiriblər, daha sonra əbədi məşəl önünə əklil qoyulub.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR