Dağlıq Qarabağın Azərbaycanlı İcması işğal altındakı ərazilərdə yaşayan ermənilərə müraciət edib
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 16:23 03 Oktyabr 2020

Dağlıq Qarabağın Azərbaycanlı İcması işğal altındakı ərazilərdə yaşayan ermənilərə müraciət edib

“Artıq 7-ci gündür, təcavüzkar Ermənistan azərbaycanlı mülki əhaliyə qarşı raket və artilleriya atəşlərini davam etdirir”.

APA-nın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.

Onun fikrincə, bu, bir daha onu göstərir ki, onlar işğalı davam etdirmək niyyətindədir: “Biz Ermənistanın təcavüzünə, Ermənistan hərbi-siyasi rəhbərliyinin ölkəmizə qarşı etdiyi bu cinayətlərə cavab olaraq bildirdik ki, 30 ildir, münaqişənin tənzimlənməsini gözlədik. Ancaq onlar nəinki sülhə gəldilər, hətta yeni əraziləri ələ keçirməklə bağlı yeni bəyanatlar səsləndirdilər. Bizim Konstitusiyanın 9-cu maddəsi məhz silahlı qüvvələrdən bəhs edir. Silahlı Qüvvələrimiz hazırda torpaqlarımızı işğal edənlərə qarşı əməliyyat keçirməklə, oradan qovulmuş insanların geri qayıtması üçün cəhdlər edir. Biz də icmanın üzvləri, nümayəndələri kimi Silahlı Qüvvələrimizin bu əks-həmlə əməliyyatlarını dəstəkləyirik”.

 

Tural Gəncəliyev hazırda Azərbaycanın işğal altında olan torpaqlarında yaşayan erməni sakinlərinə müraciət edib.

O bildirib ki, Azərbaycan Silahlı Qüvvələri heç bir vəchlə orada yaşayan mülki əhaliyə qarşı heç bir silah işlətmir: “Əksinə, beynəlxalq hüququn bütün prinsiplərini qoruyur. Orada yaşayan erməni sakinlərə səslənirəm ki, Azərbaycan Silahlı Qüvvələrinə qarşı silah götürməsinlər. Bilsinlər ki, Azərbaycan Silahlı Qüvvələri bu gün keçirdiyi əməliyyatlarla həm Azərbaycan Respublikasının torpaqlarını işğaldan azad edir, həm də oradan qovulan əhalinin hüquqlarını bərpa edir. Orada yaşayan erməni əhali bunu başa düşməlidir. Bu əməliyyatlardan sonra orada yaşayan etnik azlıqlar da bölgəyə qayıdan azərbaycanlılarla birgə yaşamaq hüququ qazanacaqlar. Ordumuzun həyata keçirdiyi əməliyyatın əsas məqsədi yüz minlərlə azərbaycanlının pozulmuş hüquqlarını bərpa etməkdir. Oradakı ermənilər Azərbaycan silahlı qüvvələrinin mərhəmətinə sığınsınlar”.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR