Dövlət katibinin köməkçisinin müavini: "ABŞ həmsədr ölkə kimi öz məsuliyyətinə ciddi yanaşır"
  • DAĞLIQ QARABAĞ

  • 18:01 02 May 2019

Dövlət katibinin köməkçisinin müavini: "ABŞ həmsədr ölkə kimi öz məsuliyyətinə ciddi yanaşır"

"Biz Azərbaycan və Ermənistan liderləri səviyyəsində görüşlərin keçirilməsindən məmnunuq".

ONA-nın məlumatına görə bu sözləri ABŞ dövlət katibinin köməkçisinin müavini Corc Kent deyib.

O bildirib ki, ABŞ həmsədr ölkələrdən biri kimi öz məsuliyyətinə ciddi yanaşır: "Nazirlərin təxminən 1 ay öncə Moskva görüşündə humanitar məsələlərlə bağlı razılıqlar əldə olundu. Etimad yaradıcı tədbirlər çox vacibdir. O ki qaldı növbəti görüşə, mən deyə bilmərəm ki, onun yeri müəyyənləşib. ABŞ gələcəkdə nazirlərin görüşünə ev sahibliyi edə bilər. Biz münaqişənin sülh yolu ilə həllinə aparacaq prosesi dəstəkləmək istəyirik".

Məlahət Nəcəfova

Teqlər: Dağlıq Qarabağ ABŞ Corc Kent

OXŞAR XƏBƏRLƏR