Dövlət Komissiyası: Tərəflərdə saxlanılan şəxslərin hamının-hamıya prinsipi ilə azad edilməsi zəruridir
  • DAĞLIQ QARABAĞ

  • 16:56 19 Mart 2019

Dövlət Komissiyası: Tərəflərdə saxlanılan şəxslərin hamının-hamıya prinsipi ilə azad edilməsi zəruridir

Hazırda Ermənistanda saxlanılan Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu ilə bağlı məsələ hadisənin baş verdiyi 16 mart 2019-cu il tarixdən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının diqqət mərkəzindədir.

Komissiyadan ONA-ya bildirilib ki, E.İbrahimovun azad edilməsi ilə bağlı Dövlət Komissiyası tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlanıbmış, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığı diqqətə çatdırılıb.

Daxil olmuş məlumata əsasən, 19 mart 2019-cu il tarixdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan Respublikasındakı Nümayəndəliyinin əməkdaşları saxlandığı xəstəxanada E.İbrahimova baş çəkiblər. E.İbrahimovun səhhətində hər hansı problemin olmadığı və qarşı tərəfə keçərkən ayağından aldığı yaranın müalicəsinin davam etdirildiyi bildirilir.

Dövlət Komissiyası hazırda tərəflərdə saxlanılan şəxslərin hamının-hamıya prinsipi ilə azad edilməsinin zəruri olduğunu bir daha vurğulayır.

Gülşən Hacıyeva

Teqlər: Ermənistan sərhəd komissiya

OXŞAR XƏBƏRLƏR