• SOSİAL

    12:10 15 mart 2019

Dövlət Komitəsi Bayıl sürüşmə zonasındakı 27 məcburi köçkün ailə barədə mövqeyini açıqlayıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Bayıl sürüşmə zonasındakı 27 məcburi köçkünlə bağlı məsələyə münasibət bildirib.

ONA-nın məlumatına görə, R.Rzayev jurnalistlərə açıqlamasında bildirib ki, Bayıl sürüşmə zonasında yaşayan 27 məcburi köçkün ailəsi məsələ ilə bağlı Dövlət Komitəsinə müraciət edib, onlarla görüş keçirilib.

R.Rzayev qeyd edib ki, həmin məcburi köçkün ailələr o ərazidə yaşamaq üçün özlərinə şərait yaradıblar: “Yerli hakimiyyət orqanları, maraqları olan səlahiyyətlilər həmin məcburi köçkün ailələri ilə bağlı fikirlərini səsləndirməlidirlər. Həmin ailələr bu gün dövlətin bu gün köçürmə qeydiyyatında olan insanlar deyillər. Yeni salınmış qəsəbələrdə ağır vəziyyətdə olan, yataqxana və uşaq bağçalarında yaşayan məcburi köçkünləri prioritet kimi müəyyənləşdirmişik. Biz bu istiqamətdə də fəaliyyət göstəririk. Bu cür kateqoriyada olan insanları gələcəkdə nəzərdə tutmuşuq. Bu mövqeyimizi də dövlətə çatdırmışıq”.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR