Əfqanıstan səfiri: "Cəbrayılda məzarlıqları qazıb məhv ediblər, mən orada ağladım"
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 18:47 06 Fevral 2021

Əfqanıstan səfiri: "Cəbrayılda məzarlıqları qazıb məhv ediblər, mən orada ağladım"

“Bu gün mənim üçün xüsusi bir gündür. Azərbaycanlı dostlarımız bu səfəri təşkil etdi və biz gəlib bu gözəl yerləri gördük. Bu gözəl yerlər işğaldan azad olunmuş torpaqlardır. Biz çox şadıq. Amma Cəbrayılda gördüyümüz mənzərə çox dəhşətli idi”. 

APA-nın xəbərinə görə, bunu diplomatik korpusun nümayəndələrinin Cəbrayıl və Zəngilana səfəri zamanı Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun bildirib. 

O deyib ki, orada məzarlıqları qazıb məhv ediblər: “Mən orada ağladım. Bu məzarlıqları görmək kiməsə təsir etmirsə, mən bilmirəm o insanların vicdanı necədir. Qəbirləri qazıb cəsədləri çıxarıblar, bu, insanlıqdan kənar bir hadisədir”. 

Fransanın Azərbaycandakı səfiri Zakari Qross isə deyib ki, ölkəsi Qafqazda barışığın və sülhün bərpa olunması vasitəsi kimi regional inkişafı və əməkdaşlığı görməyə şad olacaq.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR