Elçin Əmirbəyov: “Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlının qürur yeri olmalıdır”
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 15:59 13 Aprel 2021

Elçin Əmirbəyov: “Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlının qürur yeri olmalıdır”

“Hərbi Qənimətlər Parkına bizim Ermənistan üzərində çaldığımız zəfər nöqteyi-nəzərindən baxmalıyıq”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov deyib. O bildirib ki, xalqımız 30 ilə yaxın bu işğaldan əziyyət çəkib: “İşğaldan azad olunmuş rayonlarda görürsünüz ki, dağıntıların səviyyəsi nə dərəcədədir. Bizim əzab çəkən yüz minlərlə köçkünümüz var, minlərlə insan şəhid olub. Azərbaycan xalqı Ali Baş Komandan başda olmaqla bunlara cavabını verdi, ərazi bütövlüyümüzü bərpa etdik. Sözsüz ki, bu zəfərin geniş ictimaiyyətə çatdırılması mühüm vəzifədir. Mənə elə gəlir ki, hər bir azərbaycanlı üçün bu park qürur yeri olmalıdır. Bu yer yaxın zamanda ictimaiyyətə də açıq olacaq. Hər bir azərbaycanlı gəlib görsün ki, ermənilərin illərlə yaratdığı miflər mifdən başqa bir şey deyil. Azərbaycan Ordusunun qabağında artıq onlar dayana bilməz. Gec-tez ədalət bərpa olunmalı idi, belə də oldu”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR