• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:56 15 aprel 2019

Əli Həsənov: "Ermənistan BMT-nin monitorinq qrupunu işğal etdiyi ərazilərə buraxmayıb"

"İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil. Bu ərazilər erməni silahlı bölmələri tərəfindən işğal edilb. Erməni işğalındakı torpaqlar çox münbitdir. Orada narkotik bitkilər becərilir, bunun üçün laboratoriyalar inşa edilib".

ONA-nın xəbərinə görə, bunu Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransa (IDEC) həsr olunmuş mətbuat konfransında Baş nazirin müavini Əli Həsənov deyib.

Baş nazirin müavininin sözlərinə görə, bununla bağlı sənədlər BMT-nin Vyana ofisinə təqdim olunub. Bundan sonra monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb.

Ə. Həsənov qeyd edib ki, Azərbaycanda iqtisadi inkişafın yüksəlməsi yükdaşımaların artmasına səbəb olub, belə olan halda isə narkomafiya bundan istifadəyə cəhd edir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR