Elmar Məmmədyarov erməni həmkarı ilə görüşün Moskvada keçiriləcəyini təsdiqləyib
  • DAĞLIQ QARABAĞ

  • 16:54 05 Aprel 2019

Elmar Məmmədyarov erməni həmkarı ilə görüşün Moskvada keçiriləcəyini təsdiqləyib

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşü üçtərəfli ola bilər.

ONA-nın Moskva müxbirinin məlumatına görə, bu sözləri Moskvada jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib. O bildirib ki, görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edə bilər. Nazir görüşün dəqiq tarixini açıqlamayıb.

Qeyd edək ki, ONA-nın Moskva müxbiri Rusiya XİN-dəki mənbəyə istinadən Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün Moskvada keçiriləcəyi barədə məlumat yayıb.

Bundan əvvəl isə Azərbaycanın xarici işlər nazirləri Elmar Məmmədyarov Azərbaycan və Ermənistan XİN başçılarının növbəti görüşünün yaxın vaxtlarda Minsk qrupu həmsədri ölkələrindən birinin paytaxtında keçiriləcəyini bildirmişdi.

OXŞAR XƏBƏRLƏR