Elmar Məmmədyarov: "Regiona sülh nə qədər tez gələrsə, insanlar üçün bir o qədər yaxşı olar"
  • DAĞLIQ QARABAĞ

  • 14:05 04 Aprel 2019

Elmar Məmmədyarov: "Regiona sülh nə qədər tez gələrsə, insanlar üçün bir o qədər yaxşı olar"

Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Federika Mogeriniyə martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş barədə məlumat verib.

ONA-nın xəbərinə görə, bu barədə F. Mogerini ilə birgə keçirilən mətbuat konfransında bildirən Elmar Məmmədyarov qeyd edib ki, tərəflər həmçinin Azərbaycanın münaqişə həli ilə bağlı qiymətləndirmələrini də nəzərdən keçiriblər: “Bu, Azərbaycan prezidenti və Ermənistanın baş naziri arasında həmsədrlərin təşkilatçılığı ilə ilk rəsmi görüş idi. Kifayət qədər uzun görüş oldu, 2 saatdan çox çəkdi. Biz yekunda bəyanat qəbul etdik. Bu görüş bizim də istədiyimiz kimi irəliləmək üçün kifayət qədər imkan açır. Regiona sülh nə qədər tez gələrsə, insanlar üçün bir o qədər yaxşı olar”.

OXŞAR XƏBƏRLƏR