• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    23:40 8 may 2020

Elmar Məmmədyarov Sergey Lavrovla Dağlıq Qarabağı müzakirə edib

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, nazirlər Böyük Vətən Müharibəsində əldə olunmuş qələbənin 75 illiyi münasibətilə bir-biriləri ilə təbriklərini bölüşüblər və COVID-19 pandemiyası, eləcə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə müzakirələr aparıblar.

“Xarici işlər orqanlarının rəhbərləri Böyük Vətən Müharibəsində qələbənin 75 illiyi münasibətilə təbrik mübadiləsi aparıblar. İkitərəfli münasibətlərin və xarici siyasətin əlaqələndirilməsinin aktual problemləri, o cümlədən koronavirus infeksiyası və onun nəticələrinin qarşısının alınması ilə bağlı öhdəliklər müzakirə olunub. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb” , - məlumatda belə deyilir.

Sərxan

Teqlər:

OXŞAR XƏBƏRLƏR

SON XƏBƏRLƏR