• QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

    13:10 7 mart 2019

Elmira Süleymanova: "Əfvlə bağlı təkliflərimi yalnız bayramdan-bayrama vermirəm"

"Əfvlə bağlı təkliflərim bayramdan-bayrama olmur".

ONA-nın məlumatına görə, bunu Ombudsman Elmira Süleymanova deyib.

O bildirib ki, hər ayın sonu cəzaçəkmə müəssisələrinə baş çəkir: "Cəzaçəkmə müəssisələrindən, məhkumların ailələrindən gələn bütün təklifləri yekunlaşdırıb, hər ayın sonunda Əfv məsələləri üzrə komissiyaya göndərirəm. Ombudsmana gələn müraciətlər aylarla, illərlə saxlanılmır".

Elmira Süleymanova qeyd edib ki, əfvlə bağlı işlər o qədər də asan deyil: "Elə adam var ki, səhvə yol verir və düşüncəsi çatmır ki, gördüyü işin sonu nə ola bilər. Cəzaçəkmə müəssisəsində məhkumlarla görüşümdə deyirəm ki, dərd sizin dərdiniz deyil, gündə dörd dəfə yeyib-içirsiniz. Əsas ailə üzvləriniz çətinlik çəkirlər. Nəinki maddi cəhətdən, eyni zamanda oğlanlar atasız, natamam ailələrdə böyüyürlər".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR