Ərdoğan: “Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübariəzsinə dəstək verdik və verəcəyik”
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 00:10 21 Oktyabr 2020

Ərdoğan: “Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübariəzsinə dəstək verdik və verəcəyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün nazirlərlə keçirilən növbəti iclasdan sonra verdiyi açıqlamasında Azərbaycana yenə də dəstək mesajı ünvanlayıb. 

APA-nın yerli bürosunun xəbərinə görə, Ərdoğan bildirib ki, Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi uğrunda mübarizəsinə dəstək verdi və verəcək.

O, həmçinin, vurğulayıb ki, Balkanlardan Qafqaza, Asiyadan Afrikaya qədər Türkiyəyə dəstək üçün üz tutan hər kəsə kömək əli uzadılıb və bu davam edəcək: “Ölkəmizin də daxil olduğu coğrafiyada yaşananlara baxdığımızda Türkiyənin uzun illərdən mübarizələrə evsahibliyi etdiyini görürük. Türkiyə sülh, əmin-amanlıq istəsə də, ölkəmizi regionumuzdakı bütün münaqişələrə cəlb etmək istəyirlər. Buna nail olmayacaqlar. Vətənimizə uzadılan hər əli kəsirik və kəsəcəyik”.

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR