Erməni əsirliyində olan Amin Musayev Azərbaycana qaytarılıb
  • QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR

  • 23:42 14 Dekabr 2020

Erməni əsirliyində olan Amin Musayev Azərbaycana qaytarılıb

Ermənistanın əsirliyində olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Amin Musayev Azərbaycana qaytarılıb.

Bu barədə APA-ya hərbi qulluqçunun xalası Nübar Abadova deyib.

N.Abadova qeyd edib ki, ilk xəbəri internet resurslarından eşidiblər: "Daha sonra özü ilə telefon əlaqəsi yaratdıq. Anası ilə danışdı. Dedi ki, Bakıda xəstəxanaya yerləşdirilib. Vəziyyəti yaxşıdır".

Ailə Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib: "Aminin anasının, qohumların, ağstafalıların, həmçinin bütün Azərbaycan xalqının adından təşəkkür edirəm. Allah onu var eləsin. O bizim üçün bu gün hər şeyi verdi. O, Azərbaycan xalqının görən gözü, beyni, sərkərdəsidir. Sevincimizin həddi-hüdudu yoxdur. Ali Baş Komandan Amini bizə sağ-salamat qaytardı. Var olsun Prezidentimiz, yaşasın Ali Baş Komandanımız".

Səlcuq Elçin

Teqlər:

OXŞAR XƏBƏRLƏR